Masallıda 14 yaşlı uşaq göldə batıb » Qaynar xəbərlərin tək ünvanı

» » » Masallıda 14 yaşlı uşaq göldə batıb

Masallıda 14 yaşlı uşaq göldə batıb


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Masallıda 14 yaşlı uşaq göldə batıbMasallıda 14 yaşlı uşaq göldə batıb.
Fövqəladə Hallar Nazirliyinin  verdiyi məlumata görə, nazirliyin  Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı rayonu, Boradigah kəndi ərazisində yerləşən süni göldə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 50 km aralıda nəzarətsiz ərazidə) 1 nəfərin çimərkən batması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 2002-ci il təvəllüdlü, Həbibov Rahid Cavid oğlunun cəsədi batdığı yerdən 5 metr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 19:42-də başa çatıb.
 
Bizimyol.info\\


Paylaş:


Müəllif : Baxış :
53932
Tarix:
22-05-2016, 23:55
  






loading...