Leysan Şamaxını “vurdu” - VİDEO » Qaynar xəbərlərin tək ünvanı

» » » Leysan Şamaxını “vurdu” - VİDEO

Leysan Şamaxını “vurdu” - VİDEO


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Leysan Şamaxını “vurdu” - VİDEOŞamaxıya yağan leysan yağışları və dolu Ərciman və Çağan kəndlərində bir sıra fəsadlar törədib.

Kanal S xəbər verir ki, Ərciman kəndinin ərazisindən keçən Pirsaat çayında suyun səviyyəsi xeyli artıb. Nəticədə təsərrüfata ciddi ziyan dəyib. Sakinlərin əkin sahəsini sel yuyub aparıb, iri buynuzlu mal-qara tələf olub. Kəndlərə gediş-gəlişdə də çətinliklər yaranıb.

Xüsusilə də Ərciman kəndinə gedən yeganə yolun çaydan keçməsi nəticəsində kəndlə rayon mərkəzinin əlaqəsi kəsilib. 655-ə yaxın sakini olan kənddə hər il yağıntılar dövründə eyni hal yaşanır. Məsələnin yeganə çıxış yolu isə çayın üzərində körpünün tikilməsidir.
 


Paylaş:


Müəllif : Baxış :
48532
Tarix:
10-05-2016, 09:28
  


loading...