Avtomobil aptekə girdi » Qaynar xəbərlərin tək ünvanı

» » » Avtomobil aptekə girdi

Avtomobil aptekə girdi


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Avtomobil aptekə girdiBalakən rayon sakininin idarə etdiyi avtomobil Zaqatalada aptekə çırpılıb.
 
Hadisə mayın 8-dən 9-a keçən gecə  Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 130-cu kilometrliyində, Zaqatala şəhəri ərazisindən keçən hissəsində baş verib.
 
Balakən rayon sakini Tərlan Səiddin oğlu Vəliyev  idarə etdiyi "Friora” markalı, 99-FD 62 dövlət nömrə nişanlı avtomobillə Balakən rayonu istiqamətində hərəkətdə olarkən qarşısına piyadanın çıxması səbəbində idarəetməni itirib. Nəticədə maşın yolun sol kənarında fəaliyyət göstərən, Azər adlı şəxsə məxsus aptek binasına girib. Qəza nəticəsində xəsarət alan olmasa da, aptek binasına və maşına ciddi ziyan dəyib.
 
Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.
 
Apa\\
 

Avtomobil aptekə girdi

 



Paylaş:


Müəllif : Baxış :
85432
Tarix:
9-05-2016, 20:16
  


loading...