Zaqatalada və İmişlidə yanğın » Qaynar xəbərlərin tək ünvanı

» » » Zaqatalada və İmişlidə yanğın

Zaqatalada və İmişlidə yanğın


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
Zaqatalada və İmişlidə yanğın hadisəsi qeydə alınıb.
 
Aymobi.com Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Zaqatala şəhərində  vətəndaşa məxsus həyətyanı sahədə, ümumi sahəsi 16 kv.m olan hamamın dam örtüyünün yanar konstruksiyaları 8 kv.m sahədə yanıb. Hamamın qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 03:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
İmişli rayonu, Bəcirəvan kəndində isə vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 2 kv.m sahədə və həyətyanı sahəyə yığılmış 3 ton ot tayasının 1 tonu yanıb. Evin və ot tayasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Paylaş:


Müəllif : Baxış :
90832
Tarix:
9-05-2016, 19:08
  


loading...