BDU-nun baş müəllimi vəfat etdi » Qaynar xəbərlərin tək ünvanı

» » » BDU-nun baş müəllimi vəfat etdi

BDU-nun baş müəllimi vəfat etdi


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş BDU-nun baş müəllimi vəfat etdiO, "İlin müəllimi” adına layiq görülüb.

Bakı Dövlət Universitetinin (BDU) baş müəllimi vəfat edib.

BDU-nun Politologiya və Sosiologiya kafedrasının baş müəllimi Rafiq Atəş oğlu Rəsulov 70 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, R.A.Rəsulov 30 iyul 1946-cı ildə Bakı şəhərində anadan olub. 1964-cü ildə ADU-nun (indiki BDU) Filologiya fakültəsinə daxil olub, 1969-cu ildə oranı bitirib. 1972-ci ildən ADU-nun Elmi kommunizm ixtisası üzrə aspiranturasına daxil olub. 1974-cü ildən ADU-nun Elmi kommunizm kafedrasında çalışıb. 

1991-ci ildən ölənədək BDU-nin Poiltologiya və Sosiologiya kafedrasının baş müəllimi olub. 2009-cu ildə fakültədə "İlin müəllimi” adına layiq görülüb. 15 elmi məqalənin müəllifidir.

Sosiologiya və Politologiya, Dünya siyasəti və beynəlxalq münasibətlər, Azərbaycan Respublikasının milli təhlükəsizliyinin əsas istiqamətləri, Milli təhlükəsizliyin konstitusiya hüququ əsasları dərslərini tədris edib.
 
OXU.az\\

Paylaş:


Müəllif : Baxış :
38732
Tarix:
3-05-2016, 11:22
  


loading...