Əməkdar artist vəfat etdi » Qaynar xəbərlərin tək ünvanı

» » » Əməkdar artist vəfat etdi

Əməkdar artist vəfat etdi


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Əməkdar artist vəfat etdiAzərbaycan kinosunda maraqlı rollar yaratmış tanınmış aktyor Ələsgər Məmmədoğlu dünyasını dəyişib. Bu barədə Lacin.info -ya mərhum aktyorun qohumları məlumat verib.

Qeyd edək ki, Ə. Məmmədoğlu (09.02.1946) 9 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub. 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib. Ə. Məmmədoğlu bir çox teletamaşalarda, Şair ("Evləri köndələn yar” Anar), Milis ("Yaşıl eynəkli adam” V.Səmədoğlu), Nökər ("Mehmanxana sahibəsi” K.Haldoni), Dəmir -qaya "Topal Teymur” H.Cavid), Narsatan ("Qatarda” İ.Məlikzadə), Gümrah ("Alov” M.Hüseyn) kimi obrazlar yaradıb. "Mozalan” satirik kino- jurnalının 20 -yə yaxın süjetinə çəkilən Ə. Məmmədoğlu, "Ömrun səhifələri” (Ələsgər), "Xoşbəxtlik qayğıları”(Əlövsət), "Bəyin oğurlanması” (Ələsgər), "Tehran -43" (Qulam Rza) və başqa bədii filmlərin də iştirakçısıdır. 2002-ci ildə Ə. Məmmədoğlu Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb.

Paylaş:


Müəllif : Baxış :
52532
Tarix:
22-12-2015, 04:52
  


loading...