Xəzərdə Rusiya tankerində yanğın - VİDEO » Qaynar xəbərlərin tək ünvanı

» » » Xəzərdə Rusiya tankerində yanğın - VİDEO

Xəzərdə Rusiya tankerində yanğın - VİDEO


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Xəzərdə Rusiya tankerində yanğın - VİDEOAzərbaycanın Fövqəladə Hallar Nazirliyi, Dövlət Dəniz Adminstrasiyası və "Azərbaycan Dövlət Dəniz Gəmiçiliyi” QSC Xəzər dənizində Rusiya tankerində baş verən yanğınla bağlı birgə məlumat yayıb.

 23 aprel 2016-cı il tarixində sahildən təqribən 110 km məsafədə Rusiya Federasiyası bayrağı altında üzən "PALFLOT-2" tankerində yanğın baş verməsi barədə Azərbaycan Dövlət Dəniz Administrasiyasına "SOS” siqnalı daxil olub.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin müvafiq qüvvələri dərhal hadisənin nəticələrinin aradan qaldırılması əməliyyatına cəlb olunub.
Görülmüş operativ tədbirlər nəticəsində yanğın saat 18:06-da tam söndürülüb.
 


Paylaş:


Müəllif : Baxış :
32032
Tarix:
23-04-2016, 20:26
  


loading...