Leriki sel basdı » Qaynar xəbərlərin tək ünvanı

» » » Leriki sel basdı

Leriki sel basdı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Leriki sel basdıBu gün axşam saatlarından başlayan leysan xarakterli yağış Lerik rayonunun bur sıra yaşayış məntəqələrində fəsadlara səbəb olub.

Aymobi.com xəbər verir ki, Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, sel suları əsasən rayonun Vizəzəmən, Şingədulan ərazi vahidliyinə daxil olan kəndlərin sakinlərinə ciddi ziyan vurub. Belə ki, ayrı-ayrı vətəndaşlara məxsus xeyli sayda qoyun-quzunu, ev quşlarını sel aparıb, Təbrizli kəndindəki körpü yarasız vəziyyətə düşüb.

Leysan həmçinin rayonun bir neçə hissəsində torpaq sürüşmələrinə səbəb olub.

Hazırda təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür, həmçinin dəymiş ziyan hesablanır.

Paylaş:


Müəllif : Baxış :
31532
Tarix:
16-04-2016, 18:01
  


loading...