Bakıda ölümlə nəticələnən yol qəzası baş verib » Qaynar xəbərlərin tək ünvanı

» » » Bakıda ölümlə nəticələnən yol qəzası baş verib

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşlara məxsus "BMW” markalı minik avtomobili ilə "Ford" markalı yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.



Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "BMW” markalı minik avtomobilinin sürücüsü, 1981-ci il təvəllüdlü Samir Vahid oğlu Abdullayev vəfat edib və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.



Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə sıxılmış vəziyyətdə qalmış meyiti avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 20:56-da başa çatıb.
Paylaş:


Müəllif : Baxış :
30432
Tarix:
26-12-2014, 22:46
  






loading...