Güclü külək şimal rayonlarını işıqsız qoydu » Qaynar xəbərlərin tək ünvanı

» » » Güclü külək şimal rayonlarını işıqsız qoydu

Güclü külək şimal rayonlarını işıqsız qoydu


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
Güclü külək Azərbaycanın Şimal regionunda fəsadlara səbəb olub.

Aymobi.com anspress-ə istinadən xəbər verir ki, regionun bir çox kəndlərində elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Xüsusilə Xaçmaz rayonunun Türkanoba kəndində 21 ağac kökündən çıxaraq kəndi elektrik enerjisi ilə təmin edən naqillərin üstünə aşıb.

«Azərişıq» QSC-nin Xaçmaz Elektrik Satışı Şəbəkəsinin rəhbəri Seymur Hacıyevin verdiyi məlumata görə, hazırda baş vermiş nasazlıqların aradan qaldırılması və elektrik enerjisinin verilməsinin bərpa olunması üçün 6 briqada fəaliyyət göstərir. Şəbəkə raisi həmçinin bildirib ki, hazırda bəzi kəndlərdə elektrik enerjisinin verilişi bərpa olunub.

Küləkli hava şəraiti Şimal regionunda hələ də davam edir.

Paylaş:


Müəllif : Baxış :
35332
Tarix:
11-04-2016, 04:26
  


loading...