Bir ailənin yeddi üzvü qidadan zəhərlənib » Qaynar xəbərlərin tək ünvanı

» » » Bir ailənin yeddi üzvü qidadan zəhərlənib

Bir ailənin yeddi üzvü qidadan zəhərlənib


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Bir ailənin yeddi üzvü qidadan zəhərlənibTovuzda bir ailənin 7 üzvü zəhərlənib. 
 
APA-nın qərb bürosunun verdiyi məlumata görə, ötən gecə rayonun Molla Ayrım kənd sakinləri - 1942-ci il təvəllüdlü Zərnişan Məmmədova, oğlu 1977-ci il təvəllüdlü Sərdar Məmmədov, qızı 1963-cü il təvəllüdlü Nazilə Əzizova, gəlini 1987-ci il təvəllüdlü Aygül Məmmədova, nəvələri 10 yaşlı Şəlalə, 9 yaşlı Samir və 3 yaşlı Elnarə zəhərlənmə əlamətləri ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. 
 
Onlara tibbi yardım göstərilib. Z. Məmmədovanın vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir. 
 
Məlumata görə, ailə üzvləri meşədən yığdıqları göyərtidən hazırladıqları kətədən zəhərləniblər.

Paylaş:


Müəllif : Baxış :
20832
Tarix:
8-04-2016, 06:20
  






loading...