Hazırlıqdan evə gedən məktəbliləri maşın vurdu » Qaynar xəbərlərin tək ünvanı

» » » Hazırlıqdan evə gedən məktəbliləri maşın vurdu

Hazırlıqdan evə gedən məktəbliləri maşın vurdu


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Hazırlıqdan evə gedən məktəbliləri maşın vurduZaqatalada iki məktəblini maşın vurub.

Aymobi.com xəbər verir ki, Zaqatala rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, martın 29-u axşam saat 18 radələrində Zaqatala şəhər sakini, 1990-cı il təvəllüdlü Mərhəmət Musif oğlu Səfərov idarə etdiyi "VAZ 2106” markalı, 60 BE 726 dövlət nömrə nişanlı minik avtomobili ilə Zaqatala şəhəri Azərbaycan prospekti ilə hərəkətdə olarkən, yolun kənarı ilə gedən piyadalar - Zaqatala şəhər sakinləri 2000-ci il təvəllüdlü Nihad Hüseyn oğlu Əliyevi və Nərgiz İsa qızı Məmmədovanı vuraraq hadisə yerindən qaçıb. Qəza nəticəsində xəsarət alan N. Əliyev və N. Məmmədova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar. Keçirilmiş tədbir nəticəsində hadisəni törədən M. Səfərov tutularaq istintaqa təhvil verilib.

Zaqatala RMX-dan APA-ya verilən məlumata görə, yaralılardan N. Əliyev xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. N. Məmmədovanın vəziyyəti yüngül olduğundan ona xəstəxanada ilkin tibbi yardım edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb. Məlumatda bildirilir ki, N. Əliyev və N. Məmmədova Zaqatala şəhər 1 saylı orta məktəbinin 10-cu sinif şagirdləridir. Hadisə onlar hazırlıqdan evə gedən zaman baş verib. 

Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.

Paylaş:


Müəllif : Baxış :
55532
Tarix:
29-03-2016, 20:13
  


loading...