Bu qız itkin düşüb » Qaynar xəbərlərin tək ünvanı

» » » Bu qız itkin düşüb

Bu qız itkin düşüb


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
Bu qız itkin düşübDaxili İşlər Nazirliyi 22 yaşlı qızın itkin düşməsi ilə bağlı məlumat yayıb.

"Aymobi.com”un Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, İsmayıllı şəhər sakini, 09.05.1994-cü il təvəllüdlü Məmmədli Nigar Əkbər qızı bu il martın 7-də saat 15 radələrində yaşadığı evdən xəbərsiz çıxaraq gedib, bir daha geri qayıtmayıb.

Nigar Məmmədlinin xarakterik əlamətləri aşağıdakılardır: Boyu 157 santimetr, gözlərinin rəngi yaşıl, qara düz uzun saçlı, sifəti yumrudur.

Evdən çıxan zaman əynində qara rəngli qış gödəkçəsi, göy rəngli cins şalvar, ayağında isə qara çəkmə olub.

Nigar Məmmədlini görənlərdən və ya itkin düşmüş bu şəxs haqqında hər hansı məlumatı olanlardan DİN-in "102" Xidmətinə, həmçinin (050) 280-45-00, (055) 513-37-13 nömrəli mobil və (0178) 5-44-87, 5-55-11 nömrəli telefonlara zəng vuraraq bu barədə İsmayıllı RPŞ-nin Növbətçi hissəsinə xəbər vermələri xahiş olunur.

Paylaş:


Müəllif : Baxış :
50032
Tarix:
28-03-2016, 13:04
  


loading...