Bakıda müəmmalı gurultu: binalar titrədi - Rəsmi qurumlardan ilk açıqlama » Qaynar xəbərlərin tək ünvanı

» » » Bakıda müəmmalı gurultu: binalar titrədi - Rəsmi qurumlardan ilk açıqlama

Bakıda müəmmalı gurultu: binalar titrədi - Rəsmi qurumlardan ilk açıqlama


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
Bakıda müəmmalı gurultu: binalar titrədi - Rəsmi qurumlardan ilk açıqlamaBu gün saat 12.00 radələrində Bakının Səbail və Yasamal rayonu ərazisində müəmmalı bir gurultu səsi eşidilib.
Anspress-in məlumatına görə, həmin səs o qədər güclü olub ki, hətta binaları da titrədib. 

Daha çox Badamdar qəsəbəsi ərazisində hiss edilən səs və binaların titrəməsi insanlar arasında təlaşa səbəb olub. Hətta bəzi vətəndaşlar öz sosial şəbəkədəki hesablarında şərhlər yazaraq nə baş verdiyini anlamağa çalışıblar.
 

Bakıda müəmmalı gurultu: binalar titrədi - Rəsmi qurumlardan ilk açıqlama

 

Baş verən müəmmalı tərpənişlə bağlı Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, o da məsələdən xəbərdardır: "Özüm də həmin səsi və tərpənişi hiss elədim. Qobu qəsəbəsində yerləşən stansiya da bu tərpənməni qeydə alıb. Ancaq onu deyə bilərəm ki, bu zəlzələ deyildi".


Fövqəladə Hallar Nazirliyindən də hələlik partlayış, yaxud hər hansı bənzər hadisə barədə "qaynar xətt"ə heç bir çağırışın daxil olmadığını bildiriblər.


Paylaş:


Müəllif : Baxış :
56132
Tarix:
27-03-2016, 19:57
  


loading...