Azərbaycanda dəhşətli yol qəzası - 5 nəfər öldü » Qaynar xəbərlərin tək ünvanı

» » » Azərbaycanda dəhşətli yol qəzası - 5 nəfər öldü

Azərbaycanda dəhşətli yol qəzası - 5 nəfər öldü


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Azərbaycanda dəhşətli yol qəzası - 5 nəfər öldüLənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, minik avtomobili 5 nəfəri vuraraq öldürüb.

Hadisə bu gün axşam saatlarında qeydə alınıb.

İlkin məlumata əsasən, "VAZ 21015" markalı minik avtomobilinin vurduğu piyadaların hamısı ölüb.
 
***

APA-nın məlumatına görə, Lənkəranda yol qəzasında 3 nəfər ölüb, 2 nəfər yaralanıb. Hadisə saat 21:30 radələrində Lənkəran-Boradigah şosesinin, şəhərin elektrik şəbəkəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Astara rayon sakini, 1987-ci il təvəllüdlü Kənan Həsənov idarə etdiyi VAZ 21 099 markalı 10 EG 472 dövlət nişanlı minik avtomobili ilə yoldan keçən 4 piyadanı vurub. Daha sonra avtomobil ağaca çırpılıb. Qəza zamanı piyadalardan, Lənkəran şəhər sakinləri, 1995-ci il təvəllüdlü ƏliCəbrayılov, 1979-cu il təvəllüdlü İmran İsmayılov, 1988-ci il təvəllüdlü Elvin Hüseynov aldıqları çoxsaylı bədən xəsarətləri nəticəsində ölüblər.

Sürücü və daha bir piyada, Lənkəran şəhər sakini, 1991-ci il təvəllüdlü səbuhi Əliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasında yerləşdiriliblər. Ölən şəxslərin meyitləri Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə gətirilib.

Faktla bağlı rayonun hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Paylaş:


Müəllif : Baxış :
59632
Tarix:
23-03-2016, 19:07
  


loading...

Oxşar Xəbərlər