Balakəndə baş verən yol qəzasında bir nəfər xəsarət alıb » Qaynar xəbərlərin tək ünvanı

» » » Balakəndə baş verən yol qəzasında bir nəfər xəsarət alıb

Balakəndə baş verən yol qəzasında bir nəfər xəsarət alıb


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Balakən. Vüqar Heydərov-APA. Balakəndə baş verən yol qəzasında bir nəfər xəsarət alıb. Balakən rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə rayonun Qazma kəndində baş verib. 1993-cü il təvəllüdlü, rayonun Qazma sakini Səxavət Rasim oğlu Mamedov idarə etdiyi "VAZ 2107” markalı avtomobillə rayon mərkəzindən Qazma kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yoldan çıxaraq maşını daş hasara vurub.



Qəza nəticəsində müxtəlif dərəcəli xəsarət alan sürücü Səxavət Mamedov Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Balakən RMX-dan APA-ya verilən məlumata görə, qəza nəticəsində xəsarət alan yaralı Səxavət Mamedov xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.



Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.
Paylaş:


Müəllif : Baxış :
75732
Tarix:
27-12-2014, 23:06
  


loading...