Göyçayda qadın sürücünün avtomobili ağaca çırpılıb, bir ailənin 3 üzvü xəsarət alıb » Qaynar xəbərlərin tək ünvanı

» » » Göyçayda qadın sürücünün avtomobili ağaca çırpılıb, bir ailənin 3 üzvü xəsarət alıb

Göyçayda qadın sürücünün avtomobili ağaca çırpılıb, bir ailənin 3 üzvü xəsarət alıb


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Göyçay. Elvin Yaqubov-APA. Azərbaycanın Göyçay rayonunda qadın sürücünün idarə etdiyi avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb.


APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Göyçay-Bərgüşad yolunun 8-ci kilometrliyində, Qızılağac kəndi ərazisində qeydə alınıb. Laçın rayon sakini, hazırda Bakıda yaşayan 1966-cı il təvəllüdlü Salahova Kamilə Əhliman qızı idarə etdiyi 99-DR-646 dövlət nömrə nişanlı "Mitsubishi” markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib və avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı sürücünün özü, həyat yoldaşı 1957-ci il təvəllüdlü Abbasov Bayram Abbas oğlu və nəvəsi, 2010-cu il təvəllüdlü Abbaszadə Fatimə Vüsal qızı müxtəlif dərəcəli bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib.




Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Paylaş:


Müəllif : Baxış :
46132
Tarix:
3-06-2015, 14:38
  


loading...