Zaqatalada 29 yaşlı qız bıçaqlanıb » Qaynar xəbərlərin tək ünvanı

» » » Zaqatalada 29 yaşlı qız bıçaqlanıb

Zaqatalada 29 yaşlı qız bıçaqlanıb


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Zaqatala. Vüqar Heydərov-APA. Azərbaycanın Zaqatala rayonunda 29 yaşlı qız bıçaqlanıb.


Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə iyun ayının 2-də gecə saatlarında rayonun Höytala kəndində qeydə alınıb. Kənd sakini, 1984-cü il təvəllüdlü Elman İslam oğlu Kahayev həmkəndlisi, 1986-cı il təvəllüdlü Leyla Şəmsəddin qızı Xinayevanın yaşadığı evə girib, qadını bıçaqlayaraq, hadisə yerindən qaçıb. Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli sayılan Elman Kahayev saxlanılıb. Leyla Xinayeva isə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-stabil qiymətləndirilir.




Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Paylaş:


Müəllif : Baxış :
88332
Tarix:
3-06-2015, 14:37
  


loading...