Daha bir körpə doğuş zamanı öldü » Qaynar xəbərlərin tək ünvanı

» » » Daha bir körpə doğuş zamanı öldü

Daha bir körpə doğuş zamanı öldü


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Daha bir körpə doğuş zamanı öldüBərdədə doğuş zamanı uşaq ölüb.

APA-nın verdiyi məlumata görə, Ağdam rayon Paşabəyli kənd sakini, 30 yaşlı Quliyeva Sevinc Əli qızı fevralın 6-da Bərdə rayon Mərkəzi Xəstəxanasına daxil olub. Doğuş çətin olduğundan ananın həyatını xilas etmək üçün cərrahiyyə üsulu həyata keçirilib. Lakin uşağın həyatını xilas etmək mümkün olmayıb.

S. Quliyevanın qaynanası Pəri Quliyeva bildirib ki, onun nəvəsi həkim məsuliyyətsizliyindən tələf olub: "USM-də (ultrasəs müayinə) uşağın çəkisi 3.350 kq göstərilib. Doğuşdan sonra həkimlər uşağın çəkisinin 4.500 kq-dan çox olduğunu deyiblər”.

S. Quliyevanın ailəsi Bərdə Doğum evinin həkimlərindən şikayətçi olacaqlarını bildiriblər.

Paylaş:


Müəllif : Baxış :
38732
Tarix:
6-02-2016, 18:14
  


loading...