Bakıda mənzildə partlayış olub, 5 nəfər xəsarət alıb » Qaynar xəbərlərin tək ünvanı

» » » Bakıda mənzildə partlayış olub, 5 nəfər xəsarət alıb

Bakıda mənzildə partlayış olub, 5 nəfər xəsarət alıb


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Bakı-APA. Bakıda mənzildə partlayış olub, xəsarət alanlar var.


APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğınla nəticələnən partalyış şəhərin Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində sahibi məlum olmayan ümumi sahəsi 50 kv.m olan iki otaqlı mənzildə baş verib. Nəticədə 1 otağın yanar konstruksiyaları və ev əşyaları 16 kv.m, eyvanın yanar konstruksiyaları 4 kv.m sahədə (ümumi 20 kv.m) yanıb, partlayışın təsirindən mənzilin pəncərə şüşələri dağılıb. Yanğın zamanı mənzildə yaşayan 5 nəfər müxtəlif yanıq xəsarətləri ilə təcili tibbi yardım tərəfindən Mərkəzi Yanıq xəstəxanasına aparılıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 01:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Paylaş:


Müəllif : Baxış :
46432
Tarix:
11-01-2015, 09:30
  


loading...