Günəşli yatağında itkin düşən daha bir neftçinin meyiti tapıldı » Qaynar xəbərlərin tək ünvanı

» » » Günəşli yatağında itkin düşən daha bir neftçinin meyiti tapıldı

Günəşli yatağında itkin düşən daha bir neftçinin meyiti tapıldı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Günəşli yatağında itkin düşən daha bir neftçinin meyiti tapıldıXəzər dənizindəki "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəzada itkin düşən neftçilərdən daha birinin meyiti tapılıb.Azərbycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, yanvarın 29-da axşam saatlarında Xəzər dənizinin Türkmənistan sektorunda cəsəd aşkar edilib, bu haqda Azərbaycan tərəfinə diplomatik kanallarla məlumat verilib.Yaxın saatlarda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin amfibiya tipli təyyarəsi istintaq qrupu və "Azneft" İB-nin işçiləri ilə birlikdə cəsədin tanınması və Respublikaya gətirilməsi üçün Türkmənistana yola düşəcəklər.Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, tapılan cəsədin qəza nəticəsində itkin düşənlərdən biri olduğu ehtimal edilir.Bununla əlaqədar, Fövqəladə Hallar Nazirliyinin "BE-200ÇS" amfibiya tipli təyyarəsinin istintaq qrupu ilə birgə cəsədin tanınması və respublikaya gətirilməsi məqsədilə Türkmənistana göndərilməsi üçün hazırlıq işlərinə başlanılıb.Dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 və "Günəşli" yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.4 dekabr 2015-ci il tarixində "Günəşli" yatağında baş vermiş qəza nəticəsində platformadakı 63 nəfər işçidən 29 yanvar 2016-cı il tarixə olan vəziyyətə əsasən 33 nəfər xilas olunub, 11 nəfər həlak olub və 19 nəfər itkin düşüb. Eyni zamanda həmin gün Neft Daşlarında baş vermiş qəza nəticəsində SOCAR-ın Nəqliyyat İdarəsinin 3 nəfər işçisi itkin düşüb."Günəşli" yatağından təxliyyə edilmiş işçilərə lazımi tibbi yardım göstərılmiş, bir nəfər isə Ələkbərov Bəxtiyar Söhrab oğlu yanıq xəsərəti ilə Əziz Əliyev adına Cərrahiyyə Klinikasının Yanıq Mərkəzində müalicə alır.
Paylaş:


Müəllif : Baxış :
35032
Tarix:
30-01-2016, 09:58
  


loading...