Quba və Siyəzəndə işıqlar sönüb » Qaynar xəbərlərin tək ünvanı

» » » Quba və Siyəzəndə işıqlar sönüb

Quba və Siyəzəndə işıqlar sönüb


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Yanvarın 18-i axşam saatlarından əsməyə başlayan güclü külək Quba rayonunda bir sıra fəsadlar törədib.

"Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, rayonun elektrik təsərrüfatına daha çox ziyan dəyib. Quba rayon Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidovun verdiyi məlumata görə, hazırda rayonun bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilişi kəsilib.

Dəyən ziyanın aradan qaldırılması və əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün Quba rayon elektrik şəbəkəsinin işçi qrupu gecə saatlarından təxirəsalınmaz tədbirlər həyata keçirib. Yüksəkgərginlikli, eləcə də 0,4 kilovoltluq xətlərdə olan problemlərin əksəriyyəti artıq aradan qaldırılıb. Yaşayış məntəqlərinə enerjinin verilişi bərpa olunub.

Güclü külək Siyəzən rayonunda da bir sıra fəsadlar törədib. Siyəzən rayon Fövqəladə Hallar Komissiyasının sədri Zəfər Əliyev bildirib ki, rayon ərazisində bir neçə elektrik dirəyi aşıb. Bu səbəbdən enerjinin verilişində müvəqqəti fasilə yaranıb. Hazırda fəsadların aradan qaldırılması istiqamətində iş aparılır.


Paylaş:


Müəllif : Baxış :
42832
Tarix:
19-01-2016, 06:42
  


loading...