Gəncə-Daşkəsən avtomobil yolunda maşın aşıb, ölən var » Qaynar xəbərlərin tək ünvanı

» » » Gəncə-Daşkəsən avtomobil yolunda maşın aşıb, ölən var

Gəncə-Daşkəsən avtomobil yolunda maşın aşıb, ölən var


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Gəncə. Azər Məmmədli – APA. Gəncə-Daşkəsən avtomobil yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.


Daşkəsən rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə yanvarın 7-də, axşam saatlarında rayonun Quşçu kəndi ərazisində baş verib. Gəncə şəhər sakini, 1980-ci il təvəllüdlü Zöhrab Bayramov idarə etdiyi "Mercedes” markalı avtomobillə idarəetməni itirərək maşını yolun kənarındakı dərəyə aşırıb.



Hadisə zamanı sürücü ölüb, avtomobildə olan Samux rayon Sərkar kənd sakini, 1986-cı il təvəllüdlü Hüseyn Axundov isə yaralanaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir.



Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.
Paylaş:


Müəllif : Baxış :
62232
Tarix:
8-01-2015, 09:12
  


loading...