Qaradağda yaşayış binasında yanğın - Sakinlər təxliyə olundu » Qaynar xəbərlərin tək ünvanı

» » » Qaradağda yaşayış binasında yanğın - Sakinlər təxliyə olundu

Qaradağda yaşayış binasında yanğın - Sakinlər təxliyə olundu


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Qaradağda yaşayış binasında yanğın - Sakinlər təxliyə olunduBakı şəhərinin Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 85 kv.m olan 3 otaqlı mənzilin 2 otağının yanar konstruksiyaları 40 kv.m sahədə yanıb.

"Qafqazinfo”nun FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarəti ilə yanğınsöndürənlər tərəfindən Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib və mənzillərdən 20 sakin təxliyə olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Paylaş:


Müəllif : Baxış :
19732
Tarix:
17-01-2016, 14:17
  


loading...