Bakıda evdə dəm qazından zəhərlənmə - 1 nəfər öldü, 2 nəfərin vəziyyəti ağırdır » Qaynar xəbərlərin tək ünvanı

» » » Bakıda evdə dəm qazından zəhərlənmə - 1 nəfər öldü, 2 nəfərin vəziyyəti ağırdır

Bakıda evdə dəm qazından zəhərlənmə - 1 nəfər öldü, 2 nəfərin vəziyyəti ağırdır


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Bakıda evdə dəm qazından zəhərlənmə - 1 nəfər öldü, 2 nəfərin vəziyyəti ağırdırFövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda mənzildə 3 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

"Qafqazinfo” xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirib və zərərçəkmişləri huşsuz vəziyyətdə aşkar ediblər.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı onlardan birinin dəm qazından zəhərlənərək vəfat etdiyi və digər 2 nəfərin vəziyyətinin ağır olduğu müəyyən olunub.

Əməliyyat saat 14:03-də başa çatıb.


Paylaş:


Müəllif : Baxış :
18232
Tarix:
16-01-2016, 13:47
  






loading...