Bakıda ölümlə nəticələnən yol qəzası baş verib » Qaynar xəbərlərin tək ünvanı

» » » Bakıda ölümlə nəticələnən yol qəzası baş verib

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
 Bakıda ölümlə nəticələnən yol qəzası baş verib
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib
Bakı. Fərahim Qasımov-APA. Bakıda ağır yol qəzası baş verib.


APA-nın məlumatına görə, Suraxanı rayonunda "BMW” markalı minik avtomobili ilə "Ford" markalı yük maşını toqquşub.



Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "BMW” markalı minik avtomobilinin sürücüsü, 1981-ci il təvəllüdlü Samir Vahid oğlu Abdullayev vəfat edib və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə sıxılmış vəziyyətdə qalmış meyiti avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.



Qəza zamanı "Ford"un sürücüsü Manafov Hüseyn Əbülfəz oğlunun ayaqları sınıb. O, hadisə yerinə çağırılan təcili yardım vasitəsi ilə xəstəxanaya çatdırılıb.



Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.



***



22:33



Bakı-APA. Bakıda ağır yol qəzası qeydə alınıb.



APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşlara məxsus "BMW” markalı minik avtomobili ilə "Ford" markalı yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.



Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "BMW” markalı minik avtomobilinin sürücüsü, 1981-ci il təvəllüdlü Samir Vahid oğlu Abdullayev vəfat edib və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.



Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə sıxılmış vəziyyətdə qalmış meyiti avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 20:56-da başa çatıb.
Paylaş:


Müəllif : Baxış :
33332
Tarix:
27-12-2014, 09:04
  






loading...