Balakəndə həkim avtomobillə piyadanı vuraraq öldürüb » Qaynar xəbərlərin tək ünvanı

» » » Balakəndə həkim avtomobillə piyadanı vuraraq öldürüb

Balakəndə həkim avtomobillə piyadanı vuraraq öldürüb


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Balakən. Vüqar Heydərov - APA. Balakən rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

 

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə dekabrın 29-u axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun 137-ci kilometrliyində, Balakən rayonunun Katex kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

1984-cü il təvəllüdlü, Balakən rayon sakini Elşən Sahib oğlu Kərimov idarə etdiyi "Toyota Prado” markalı 90 VF 141 dövlət nömrə nişanlı avtomobillə Balakən şəhəri istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 1969-cu il təvəllüdlü, Balakən rayonunun Katex kənd sakini Abdulsaleh Sədrəddin oğlu Xodayevi vurub. Qəzadan sonra müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada Abdulsaleh Xodayev sürücü Elşən Kərimov tərəfindən digər bir avtomobillə Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılarkən yolda dünyasını dəyişib.

 

Məlumatda bildirilib ki, sürücü Elşən Kərimov Balakən RMX-nın həkimidir. Faktla bağlı DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.


Paylaş:


Müəllif : Baxış :
50832
Tarix:
30-12-2014, 10:27
  


loading...