Piyadanı vurub qaçan sürücü saxlanıldı » Qaynar xəbərlərin tək ünvanı

» » » Piyadanı vurub qaçan sürücü saxlanıldı

Piyadanı vurub qaçan sürücü saxlanıldı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Piyadanı vurub qaçan sürücü saxlanıldıAstara rayonunun Şahağacı kənd sakini, 1988-ci il təvəllüdlü Zamir Həsənovun yanvarın 2-də saat 21:20 radələrində yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlər nəticəsində ölməsi faktı ilə bağlı Astara rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəyə səbəbkar olan sürücü saxlanılıb.

Lənkəran rayonu, Digah kənd sakini, 1967-ci il təvəllüdlü İzzət Cəfərov etibarnamə əsasında idarə etdiyi "Daimler Chrysler 308D” markalı 42-BK-492 dövlət qeydiyyat nişanlı mikroavtobusla Lənkəran rayonu istiqamətində hərəkətdə olarkən piyada Zamir Həsənovu vurub hadisə yerindən qaçdığı müəyyən edilib.

Astara rayon Polis Şöbəsi və prokurorluğun həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə şübhəli bilinən İ. Cəfərov yanvarın 3-də tutulub.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Paylaş:


Müəllif : Baxış :
39532
Tarix:
5-01-2016, 07:04
  


loading...