Balakəndə baş vermiş partlayışda ölən və yaralananların adları açıqlanıb » Qaynar xəbərlərin tək ünvanı

» » » Balakəndə baş vermiş partlayışda ölən və yaralananların adları açıqlanıb

Balakəndə baş vermiş partlayışda ölən və yaralananların adları açıqlanıb


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
Bakı. Vüqar Heydərov – APA. Balakəndə zavodda baş vermiş partlayış zamanı ölən və yaralanan şəxslərin adları məlum olub.

APA-nın məlumatına görə, "Azəryem Sənaye” MMC-yə məxsus zavodun qazanxanasında baş verən partlayış nəticəsində orada işləyən, Qullar kənd sakini, 1990-cı il təvəllüdlü Elçin Əliməmməd oğlu Əliyev hadisə yerində keçinib.

 

Digər işçilər - Qullar kənd sakini, 1990-cı il təvəllüdlü Novruz Məhəmməd oğlu Nastakalov və Qazma kənd sakini, 1982-ci il təvəllüdlü Anar Süleyman oğlu Bozurov isə xəsarət alıblar. Onlar Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı Balakən rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) və 223.2-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb

 

Aymobi.com


Paylaş:


Müəllif : Baxış :
44032
Tarix:
4-01-2016, 13:10
  


loading...