Bakıda polis əməkdaşları avtoqəzaya düşdü: ölən və yaralanan var » Qaynar xəbərlərin tək ünvanı

» » » Bakıda polis əməkdaşları avtoqəzaya düşdü: ölən və yaralanan var

Bakıda polis əməkdaşları avtoqəzaya düşdü: ölən və yaralanan var


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Bakıda polis əməkdaşları avtoqəzaya düşdü: ölən və yaralanan varBakıda polis əməkdaşları yol qəzası ilə üzləşib.
 
Bakı şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, yanvarın 4-də saat 01 radələrində 1993-cü il təvəllüdlü Seyran Seyidov sərxoş vəziyyətdə idarə etdiyi "KİA” markalı, 90 NK 946 dövlət nömrə nişanlı avtomobillə Füzuli küçəsi ilə hərəkətdə olarkən işıqforun qırmızı işığından keçərək Bülbül prospekti ilə hərəkətdə olan Nəsimi Rayon Mühafizə İdarəsinə məxsus "Volkswagen” markalı 99 AP 139 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə "Volkswagen” markalı avtomobildə olan sərnişin, Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı İsa Şirinov Klinik Tibbi Mərkəzə (KTM) yerləşdirilib və aldığı xəsarətdən orada vəfat edib. Həmin avtomobilin sürücüsü Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Bəhrəm Ələkbərov isə kəllə-beyin travması ilə KTM-ə yerləşdirilib. 
 
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. 
 
”KİA” markalı avtomobilin sürücü S. Seyidov şübhəli şəxs qismində saxlanılıb.  Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Paylaş:


Müəllif : Baxış :
53732
Tarix:
4-01-2016, 08:34
  


loading...