Balakəndə zəncirvari qəza » Qaynar xəbərlərin tək ünvanı

» » » Balakəndə zəncirvari qəza

Balakəndə zəncirvari qəza


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Balakəndə zəncirvari qəza

 Balakən Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, qəza nəticəsində daxil olan yaralılardan rayonun Püştətala kənd sakini, 1991-ci il təvəllüdlü Manaf Cəbrayıl oğlu Abdurahmanov, 1974-cü il təvəllüdlü Gərəkli kənd sakini Əli Nizrov oğlu Qarayev, Gərəkli kənd sakini Ramin Ramiz oğlu Mohumov və 1981-ci il təvəllüdlü Gərəkli kənd sakini Elçin Nəsrəddin oğlu Abdullayev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxananın cərrahiyə şöbəsinə yerləşdiriliblər, vəziyyətləri orta-ağır qiymətləndirilir.

 

Digər yaralı, 1979-cu il təvəllüdlü Katex kənd sakini Ramil Möhüməddin oğlu Mehdiyev lazımi tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

 

Qeyd edək ki, avqustun 15-də axşam saatlarında rayonun Gərəkli kənd sakini Əli Qarayevin idarə etdiyi "VAZ 21099” markalı Rusiya dövlət nömrə nişanlı, Püştətala kənd sakini Manaf Abdurahmanovun idarə etdiyi "VAZ 21063” markalı, 08 BX 180 dövlət nömrə nişanlı və Talalar kənd sakini Xəyal Əli oğlu Şabanovun idarə etdiyi "VAZ 21070” markalı, 99 XV 044 dövlət nömrə nişanlı minik avtomobillərinin Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 157-ci kilometrliyində, rayonun Poçtbinə kəndi ərazisindən keçən hissəsində toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Faktla bağlı DİN-nin Dövlət Yol Polisi İdarəsinin Baş Təhqiqat və İstintaq İdarəsində araşdırma aparılır.


Paylaş:


Müəllif : Baxış :
114332
Tarix:
17-08-2017, 17:01
  


loading...