Balakəndə 2 nəfəri maşın vurub » Qaynar xəbərlərin tək ünvanı

» » » Balakəndə 2 nəfəri maşın vurub

Balakəndə 2 nəfəri maşın vurub


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Balakəndə 2 nəfəri maşın vurub

 Balakən rayonunda iki piyadanı maşın vurub.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə iyulun 28-də axşam saat 22:00 radələrində rayonun Kortala avtomobil yolunda baş verib.

 

1984-cü il təvəllüdlü Sumqayıt şəhər sakini Xanəli Zamil oğlu Qurbanov idarə etdiyi "VAZ 21074” markalı, 90 BU 913 dövlət nömrə nişanlı minik avtomobili ilə yolun kənarında hərəkətdə olan piyadalar - rayonun Kortala kənd sakinləri, 1993-cü il Fərhad Nəbi oğlu Eminovu və 1994-cü il təvəllüdlü Elnur Sərdar oğlu Şibliyevi vurub. Xəsarət alan piyadalar Balakən Mərkəzi rayon Xəstəxanasına (MRX) aparılıblar.

 

Balakən MRX-dan verilən məlumata görə, yaralılardan Fərhad Eminov qapalı kəllə-beyin travması ilə reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Elnur Şibliyevin vəziyyəti yüngül olduğundan lazımi tibbi yardım göstərildikdən sonra o, ambulator müalicə almaq şərtilə evə buraxılıb.

 

Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.


Paylaş:


Müəllif : Baxış :
116932
Tarix:
30-07-2017, 14:06
  


loading...

Oxşar Xəbərlər