Balakəndə baş verən yol qəzasında 76 yaşlı kişi ölüb » Qaynar xəbərlərin tək ünvanı

» » » Balakəndə baş verən yol qəzasında 76 yaşlı kişi ölüb

Balakəndə baş verən yol qəzasında 76 yaşlı kişi ölüb


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Balakəndə baş verən yol qəzasında 76 yaşlı kişi ölüb

  AyMobi.Com xəbər verir ki, Balakən rayonunda baş verən ağır yol qəzasında bir ailənin bir üzvü ölüb, daha üç üzvü isə ağır xəsarət alıb.

Hadisə Balakən-Qazma avtomobil yolunda baş verib. Rayonun Qazma kənd sakini, 1941-ci il təvəllüdlü Rəhim Alı oğlu Bayramovun idarə etdiyi "VAZ 2106” markalı 08 BE 941 dövlət nömrə nişanlı minik avtomobili ilə həmkəndlisi, 1990-cı il təvəllüdlü Tamerlan Sabir oğlu Atayevin idarə etdiyi "Mercedes” markalı 08 BF 891 dövlət nömrə nişanlı avtomobil toqquşub. Qəzadan sonra VAZ 2106 markalı avtomobilin sürücüsü Rəhim Bayramov, onun həyat yoldaşı, 1947-ci il təvəllüdlü Zərnişan Sarı qızı Bayramova, nəvəsi, 2013-cü il təvəllüdlü Zərnişan Taleh oğlu Bayramova, Zərnişanın anası, 1969-cu il təvəllüdlü Əminə Kamal qızı Bayramova və "Mercedes”in sürücüsü Tamerlan Atayev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.

 

Balakən MRX-dan  verilən məlumata görə, yaralılardan 76 yaşlı Rəhim Bayramov xəstəxanaya daxil olduqdan bir qədər sonra aldığı ağır bədən xəsarətlərindən ölüb. Onun həyat yoldaşı, 70 yaşlı Zərnişan Bayramova ağır qapalı kəllə-beyin travması, sağ bud sümüyünün yerdəyişən sınığı diaqnozu və travmatik şok vəziyyətdə, nəvəsi Zərnişan isə üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra reanimasiya şöbəsinə yerləşdiriliblər. Ailənin gəlini Əminə Bayramova və digər sürücü Tamerlan Atayev xəstəxananın cərrahiyə şöbəsinə yerləşdiriliblər, vəziyyətləri orta-ağır qiymətləndirilir.

 

Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır. (APA.AZ)

 

Balakəndə baş verən yol qəzasında 76 yaşlı kişi ölüb

 

Balakəndə baş verən yol qəzasında 76 yaşlı kişi ölüb

 

Balakəndə baş verən yol qəzasında 76 yaşlı kişi ölüb

 



Paylaş:


Müəllif : Baxış :
106632
Tarix:
30-06-2017, 17:50
  


loading...

Oxşar Xəbərlər