Zaqatalada avtomobil ağaca çırpılıb » Qaynar xəbərlərin tək ünvanı

» » » Zaqatalada avtomobil ağaca çırpılıb

Zaqatalada avtomobil ağaca çırpılıb


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Zaqatalada avtomobil ağaca çırpılıb

AyMobi.Com xəbər verir ki, hadisə gecə saat 02:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 133-cü km-də, Zaqatalanın Qazangül qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

Rayonun Yuxarı Tala kənd sakini, 1991-ci il təvəllüdlü Səddam Mehman oğlu Mehdiyev idarə etdiyi "Nissan Navara” markalı 99 AM 931 dövlət nömrə nişanlı avtomobillə Balakəndən Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb. Qəzadan sonra deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü Səddam Mehdiyev hadisə yerində olan adamların köməyi ilə avtomobildən çıxarılıb. Avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünün həmkəndlisi, 1981-ci il təvəllüdlü Mahmud İbrahim oğlu Vanatiyev isə hadisə yerinə çağırılmış Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hər iki yaralı Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.

Zaqatala MRX-dan verilən məlumata görə, Səddam Mehdiyev və Mahmud Vanatiyev xəstəxananın travmatologiya şöbəsinə yerləşdiriliblər, vəziyyətləri hazırda orta-ağır qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır. (APA)

 


Paylaş:


Müəllif : Baxış :
126132
Tarix:
18-05-2017, 16:06
  


loading...