Balakəndə yaşlı kişi sahibsiz itlərin hücumuna məruz qalıb » Qaynar xəbərlərin tək ünvanı

» » » Balakəndə yaşlı kişi sahibsiz itlərin hücumuna məruz qalıb

Balakəndə yaşlı kişi sahibsiz itlərin hücumuna məruz qalıb


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Balakəndə yaşlı kişi sahibsiz itlərin hücumuna məruz qalıb

 Balakəndə işə gedən 77 yaşlı fəhləni sahibsiz itlər dişləyib.

 

AyMobi.Com xəbər verir ki, APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün saat 06:30 radələrində Balakən rayonu Qazbinə kənd sakini, 1940-cı il təvəllüdlü Tahir Seyfəddin oğlu Şahquliyev küçədə sahibsiz itlərin hücumuna məruz qalıb. Sol ayağın baldır nahiyəsinin bir-neçə yerindən it dişləməsi xəsarəti alan Tahir Şahquliyev yaxınlıqdakı şəxslərin köməyi ilə Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

 

Balakən MRX-dan APA-ya bildirilib ki, Tahir Şahquliyevə lazımı tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.


Paylaş:


Müəllif : Baxış :
86732
Tarix:
10-05-2017, 13:42
  


loading...