Külli miqdarda borcu olan kişi meşədə asılı vəziyyətdə tapıldı » Qaynar xəbərlərin tək ünvanı

» » » Külli miqdarda borcu olan kişi meşədə asılı vəziyyətdə tapıldı

Külli miqdarda borcu olan kişi meşədə asılı vəziyyətdə tapıldı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Külli miqdarda borcu olan kişi meşədə asılı vəziyyətdə tapıldı

 Qaxda həmyerlilərinə borcu olan  47 yaşlı kişinin meyiti meşədə ağacdan asılı vəziyyətdə tapılıb.

 

Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, rayonun Çinarlı kənd sakini, 1970-ci il təvəllüdlü Şamil Şamxal oğlu Şamxalovun meyiti mayın 8-də axşam saatlarında kəndin yaxınlığındakı meşəlik ərazidə ağacdan asılı vəziyyətdə aşkar olunub. 

 

Aparılan araşdırma zamanı məlum olub ki, iki həftə əvvəl Rusiyadan qayıdan Şamil Şamxalov özünü asaraq intihar edib.

 

Şamil Şamxalovun intihar edən zaman sərxoş vəziyyətdə olduğu və onun üzərindən tapılan  məktubda bir neçə rayon sakininə xeyli miqdarda pul borcu olduğu qeyd olunub.

 

Faktla bağlı Qax Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.



Paylaş:


Müəllif : Baxış :
51332
Tarix:
9-05-2017, 11:37
  


loading...