Balakəndə ev yanıb, 3 yaşlı uşaq ölüb » Qaynar xəbərlərin tək ünvanı

» » » Balakəndə ev yanıb, 3 yaşlı uşaq ölüb

Balakəndə ev yanıb, 3 yaşlı uşaq ölüb

 Balakəndə fərdi yaşayış evi yanıb, 3 yaşlı uşaq yanaraq ölüb.

 

AyMobi.Com xəbər verir ki, verilən məlumatına görə, bu gün axşam saat 19:20 radələrində Balakən şəhəri Daanov küçəsində Səltənət Məhəmməd qızı Məmmədova məxsus, ümumi sahəsi 180 kv/m olan kürsülü 4 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib.

 

Yanğın nəticəsindən evin yanar konstruksiyaları içərisindəki ev əşyaları ilə birlikdə yanıb.

 

Yanğın kəşfiyyatı zamanı 3 yaşlı Ramal Amil oğlu Alagözovun yanmış meyiti yanğınsöndürənlər tərəfindən yanmış evdə aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır. (Apa)


Paylaş:


Müəllif : Baxış :
252432
Tarix:
23-12-2016, 23:45
  


loading...