Bakıda universitetin kafera müdiri vəfat etdi » Qaynar xəbərlərin tək ünvanı

» » » Bakıda universitetin kafera müdiri vəfat etdi

Bakıda universitetin kafera müdiri vəfat etdi


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Bakıda universitetin kafera müdiri vəfat etdi

 Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) kafera müdiri vəfat edib.


"Report” xəbər verir ki, AMİU-nun "Tikinti-iqtisad” fakültəsinin "Nəzəri və İnşaat mexanikası”kafedrasının müdiri, texnika elmləri doktoru, professor Knyaz Ələsgər oğlu Əliyev 76 yaşında dünyasını dəyişib.


Qeyd edib ki, K.Əliyev 1940-cı il martın 21-də Qərbi Azərbaycanın (indiki Ermənistanın) Amasiya rayonunda anadan olub. O, 1957-ci ildə Amasiyanın Güllübulaq kənd orta məktəbini qızıl medalla bitirib. Elə həmin il Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti - AzTU) mexanika fakültəsinə daxil olub. K.Əliyev 1969-cu ildə namizədlik dissertasiyasını, 1986-cı ildə isə Leninqrad (indiki Sankt-Peterburq) Politexnik İnstitutunda "Çoxrabitəli bircins və qarışıq mühitlər üçün elastiklik" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.


Professor K.Əliyev 1993-cü ildən Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının "Mexanika" bölməsinin sədri, namizədlik (fəlsəfə doktoru) və doktorluq (elmlər doktoru) dissertasiyalarının müdafiəsi üzrə Elmi Şuranın üzvü, Elmi Şuranın nəzdindəki elmi seminarın sədri olub.

O, 2009-cu ildə Amerika Bioqrafiya İnstitutu tərəfindən "İlin adamı" diplomu ilə təltif edilib. 2006-cı ildə "Əməkdar müəllim" fəxri adına layiq görülüb. 


Paylaş:


Müəllif : Baxış :
34032
Tarix:
13-12-2016, 12:17
  


loading...