Bakıda faciə: Nişanlı cütlüyün maşında meyiti tapıldı » Qaynar xəbərlərin tək ünvanı

» » » Bakıda faciə: Nişanlı cütlüyün maşında meyiti tapıldı

Bakıda faciə: Nişanlı cütlüyün maşında meyiti tapıldı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Bakıda faciə: Nişanlı cütlüyün maşında meyiti tapıldı

 Bu gün günorta saatlarında Bakı şəhərində nişanlı cütlüyün meyiti tapılıb.


"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, təxminən 20-25 yaşlı qızla oğlanın nəşi Yasamal rayonu, Tbilisi prospektində yerləşən qarajda tapılıb.


İki gün öncə cütlüyün itkin düşməsi barədə polisə məlumat daxil olub və axtarışlara başlanılıb. Bu gün isə gənclərin maşında meyitləri tapılıb.


İlkin ehtimala görə, onlar avtomobildə uzun müddət qalıb və kondisioneri işlək vəziyyətdə saxlayıblar. Maşına dolan zəhərli havadan boğulub ölüblər.


Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsindən "Qafqazinfo”ya məlumatı təsdiqləyiblər. Bildirilib ki, tapılan meyitlərin kimliyi hələ ki, müəyyən edilməyib.


Paylaş:


Müəllif : Baxış :
46332
Tarix:
10-10-2016, 19:04
  






loading...