Bakıda faciə: qadın maşınla kişinin üstündən keçdi » Qaynar xəbərlərin tək ünvanı

» » » Bakıda faciə: qadın maşınla kişinin üstündən keçdi

Bakıda faciə: qadın maşınla kişinin üstündən keçdi


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Bakıda faciə: qadın maşınla kişinin üstündən keçdi

 Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.


Lent.az bildirir ki, paytaxt sakini, 1973-cü il təvəllüdlü Manafova Pərvin Əli qızı idarə etdiyi "Baic" markalı, 90 AU 871 dövlət qeydiyyat nişanlı avtomobillə 3-cü mikrorayon Asif Məhərrəmov küçəsində 1952-ci il təvəllüdlü Rövşən Qasımovun üstündən keçib. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən piyadanın həyatını xilas etmək mümkün olmayıb və oktyabrın 8-də o, xəstəxanada vəfat edib.  


İlkin araşdırma zamanı P.Manafovanın idarə etdiyi avtomobilin Murtuza Muxtarov küçəsində qeydiyyatda olan MMC-yə məxsus olduğu müəyyən edilib. Bəlli olub ki, P.Manafovanın sürücülük vəsiqəsi yoxdur və heç bir sənəd olmadan nəqliyyat vasitəsini idarə edirmiş.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.



Paylaş:


Müəllif : Baxış :
21032
Tarix:
10-10-2016, 16:36
  






loading...