Polis xidməti avtomobili aşırdı: Hadisə yerində öldü » Qaynar xəbərlərin tək ünvanı

» » » Polis xidməti avtomobili aşırdı: Hadisə yerində öldü

Polis xidməti avtomobili aşırdı: Hadisə yerində öldü


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Polis xidməti avtomobili aşırdı: Hadisə yerində öldü

 Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Məlumata görə, hadisə səhər saatlarında Bakı-Qazax magistralının 207-ci kilometrliyində qeydə alınıb.


Belə ki, İsmayıllı rayon sakini Asiman Mustafayev idarə etdiyi "Fiat-Doblo" markalı xidməti avtomobillə Göyçay rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və avtomobili aşırıb.


Nəticədə avtomobilin sürücüsü Göyçay Rayon Polis Şöbəsinin (RPŞ) əməliyyat-axtarış üzrə müvəkkili A.Mustafayev hadisə yerində ölüb.


Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.(report.az)


Paylaş:


Müəllif : Baxış :
70432
Tarix:
17-09-2016, 13:34
  


loading...