Zaqatalada baş verən yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb » Qaynar xəbərlərin tək ünvanı

» » » Zaqatalada baş verən yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb

Zaqatalada baş verən yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Zaqatala. Vüqar Heydərov-Apa. Zaqatalada baş verən yol qəzasında üç nəfər xəsarət alıb.

 

Apa-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun  Zaqatala rayonu Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

 

Bərdə rayon sakini, 1964-cü il təvəllüdlü Ramiz Əvəz oğlu Əzizovun idarə etdiyi "Jeep” markalı, 09 BJ 700 dövlət nömrə nişanlı avtomobillə Zaqatala rayonu Muxax kənd sakini, 1981-ci il təvəllüdlü Qüdrət İsa oğlu Orucovun idarə etdiyi "Mercedes” markalı 62 BK 173 dövlət nömrə nişanlı avtomobil toqquşub.

 

Qəzada "Mercedes”in sürücüsünün qızı. 2010-cu il təvəllüdlü Aysu Orucova və bacıları, 1983-cü il təvəllüdlü Nüşabə Kələşova ilə 1971-ci il təvəllüdlü Zemfira Orucova xəsarət alıblar. Onlar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.


Yaralılardan Zemfira Orucova qapalı kəllə-beyin travması ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, digərləri isə ilkin yardımdan sonra evə buraxılıblar.
 

Faktla bağlı DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır. 



Paylaş:


Müəllif : Baxış :
43232
Tarix:
28-12-2015, 05:15
  


loading...