Bir ailənin 4 üzvü zəhərləndi » Qaynar xəbərlərin tək ünvanı

» » » Bir ailənin 4 üzvü zəhərləndi

Bir ailənin 4 üzvü zəhərləndi


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Bir ailənin 4 üzvü zəhərləndi

 Xörəyə duz əvəzinə "xlorofos” töküb.

Qaxda bir ailənin 4 üzvü zəhərlənib. Qax Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün axşam saat 22 radələrində rayonun Çüdüllü kəndindən bir ailənin biri ağır olmaqla 4 üzvü zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. İlkin araşdırma zamanı məlum olub ki, ailə yemək bişirən zaman xörəyə duz əvəzinə kimyəvi maddə olan və dezinfeksiya üçün istifadə edilən "xlorofos” adlı maddə töküb.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən xəstələr həkimlər tərəfindən müayinə olunur və şəxsiyyətləri dəqiqləşdirilir.


Paylaş:


Müəllif : Baxış :
25632
Tarix:
11-09-2016, 00:24
  






loading...