Zaqatalada at avtomobil qəzasına səbəb oldu » Qaynar xəbərlərin tək ünvanı

» » » Zaqatalada at avtomobil qəzasına səbəb oldu

Zaqatalada at avtomobil qəzasına səbəb oldu


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 Ötən gün axşam saatlarında rayonun Aşağı Tala kəndində kənd sakini, 24 yaşlı Həmzəyev Həbibullah Sərdar oğlu idarəetdiyi "VAZ 2106” markalı avtomobillə hərəkətdə olarkən qabağına anidən at çıxıb. Atı vuraraq idarəetməni itirən sürücü avtomobili  yolun kənarındakı tut ağacına çırpıb. Qəzada at ölüb, sürücü və sərnişinləri- Aşağı Tala kənd sakini, 26 yaşlı Mühüddin Nurəddin oğlu Tahirov və Zaqatala şəhər sakini 25 yaşlı  Leyla Nadir qızı Ömərova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıblar. Xəsarət alanlardan Mühüddin Tahirov və Leyla Ömərovaya qapalı kəllə-beyin travması diaqnozu qoyulub vəziyyətləri ağırdır. Sürücünün vəziyyəti isəorta-ağır qiymətləndirilir. Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

 
KanalS
 


Paylaş:


Müəllif : Baxış :
185832
Tarix:
9-09-2016, 13:35
  


loading...

Oxşar Xəbərlər