Bakıda mənzildən 53 yaşlı kişi meyiti tapılıb » Qaynar xəbərlərin tək ünvanı

» » » Bakıda mənzildən 53 yaşlı kişi meyiti tapılıb

Bakıda mənzildən 53 yaşlı kişi meyiti tapılıb


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Bakıda mənzildən 53 yaşlı kişi meyiti tapılıb Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Binəqədi rayonunda 1962-ci il təvəllüdlü Paşayev Elşən Ağabəy oğlunun mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bizimyol.info FHN-ə istinadən xəbər verir ki, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirib və zərərçəkmişi huşsuz vəziyyətdə aşkar ediblər.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı E.Paşayevin vəfat etdiyi müəyyən olunub. Əməliyyat saat 14:57-də başa çatıb.

Paylaş:


Müəllif : Baxış :
28932
Tarix:
27-12-2015, 14:25
  






loading...