Balakəndə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib » Qaynar xəbərlərin tək ünvanı

» » » Balakəndə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Balakəndə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Balakəndə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

 Balakən Rayon Mərkəzi xəstəxanasından (RMX)  verilən məlumata görə, sentyabrın 3-dən 4-ə keçən gecə rayonun Qazma kənd sakini, 1986-cı il təvəllüdlü Elnar Xalahacı oğlu Xanlayev avtomobil vurması nəticəsində aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə xəstəxanaya daxil olub.

 

Həkimlərin səyinə baxmayaraq 30 yaşlı Elnar Xanlayevin həyatını xilas etmək mümkün olmayıb. Elnar Xanlayev bu gün səhər saat 06 radələrində xəstəxanada keçinib.


Balakən rayon Polis Şöbəsindən bildirilib ki, rayonun Tülü kənd sakini 1964-cü il təvəllüdlü Elxan Yunus oğlu Yunusof idarəetdiyi "VAZ 21010” markalı 08 BD 673 dövlət nömrə nişanlı avtomobillə Qazma kəndi ərazisində hərəkətdə olarkən yolu keşmək istəyən piyada Elnar Xanlayevi vurub.


Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.

 
Apa.az\\
 

Balakəndə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Balakəndə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib


Paylaş:


Müəllif : Baxış :
169332
Tarix:
5-09-2016, 22:14
  


loading...