Balakəndə ağır qəza: ölən və yaralanan var - VİDEO » Qaynar xəbərlərin tək ünvanı

» » » Balakəndə ağır qəza: ölən və yaralanan var - VİDEO

Balakəndə ağır qəza: ölən və yaralanan var - VİDEO


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Balakəndə ağır qəza: ölən və yaralanan var - VİDEO

 Axşam saatlarında Balakən rayonunda ağır yol qəzası baş verib. 


AyMobi.Com Region TV-yə xəbər verir ki, bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Balakən rayonunun Katex kəndindən keçən hissəsində qeydə alınıb. 


1956-cı il təvəllüdlü Zaqatala rayonunun Yuxarı Tala kənd sakini Əliyev Aydın Nəbi oğlunun idarə etdiyi Vaz 21-011 markalı avtomobil Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən, əks istiqamətdən gələn  Balakən rayon Katex kənd sakini,1992-ci il təvəllüdlü Ölkəliyev Elvin Abuzər oğlunun idarə etdiyi Lada 015 markalı avtomobillə toqquşub. Nəticədə hər iki sürücü  müxtəlif dərəcəli bədən xəsarətləri ilə dərhal Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


Yaralılardan Aydın Əliyevin vəziyyəti ağır olduğundan dərhal əməliyyata qaldırılsa da, həkimlərin səyinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb. 


Fakt araşdırılır.

 


Paylaş:


Müəllif : Baxış :
233232
Tarix:
31-08-2016, 19:15
  


loading...