Yevlaxda avtomobillə traktor toqquşub, ana və oğlu ölüb » Qaynar xəbərlərin tək ünvanı

» » » Yevlaxda avtomobillə traktor toqquşub, ana və oğlu ölüb

Yevlaxda avtomobillə traktor toqquşub, ana və oğlu ölüb


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Yevlaxda avtomobillə traktor toqquşub, ana və oğlu ölüb

 Yevlax və Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisələri qeydə alınıb.

 

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 29-da saat 23 radələrində Yevlax rayonunun Qaraməmmədli kəndində kənd sakinləri Əli Heydərovun idarə etdiyi "MTZ-80” markalı traktorla və Qəhrəman Allahverdiyevin idarə etdiyi "VAZ-2106” markalı avtomobil toqquşub. Nəticədə Q.Allahverdiyev və sərnişini - anası Raya hadisə yerində ölüb.

 

Avqustun 28-də isə Goranboy rayonunun Dəliməmmədli şəhərində rayon sakini Pünhan Məsiyev idarə etdiyi "VAZ-2106” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə P.Məsiyevin sərnişini Süleyman Əliyev hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

 

Hər bir faktla bağlı araşdırma aparılır. 


Paylaş:


Müəllif : Baxış :
43732
Tarix:
30-08-2016, 19:22
  


loading...