Güclü sel 1 uşağı aparıb » Qaynar xəbərlərin tək ünvanı

» » » Güclü sel 1 uşağı aparıb

Güclü sel 1 uşağı aparıb


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Güclü sel 1 uşağı aparıb

 Ötən gün Qubanın bir neçə kəndinə yağan leysan yağışları ciddi fəsadlar törədib, eyni zamanda təlafata səbəb olub. AyMobi.Com Report-a istinadən məlumatına görə, saat 5 radələrində Qonaqkənd inzibati ərazi vahidliyinə məxsus Ördüc kəndinə yağan güclü dolu nəticəsində əmələ gələn sel 1 uşağı və 30-a yaxın xırdabuynuzlu mal-qaranı aparıb.


Hadisə 2002-ci il təvəllüdlü kənd sakini Orucov Şahid Əli oğlu qoyun və keçiləri dərədə otaran zaman baş verib. Güclü dolu sonradan yağışa çevrilib və əmələ gələn sel mal-qaranı aparıb. 14 yaşlı Şahid heyvanları xilas etmək istəyərkən, özü də axına düşüb. Onu yaxınlıqda olan kənd sakinləri xilas edə biliblər. Şahid Orucov baş nahiyəsindən xəsarət alıb.


Güclü dolu paxla və kələm sahələrinə də ziyan vurub. Hazırda kənddə işıqlar sönüb, rayona gedən yolda maşınların hərəkəti çətinləşib.


Sakinlər son 30 ildə ilk dəfədir belə yağışların yağdığını bildiriblər.


Quba Fövqəladə Hallar Nazirliyi Komissiyasının sədri, icra hakiminin birinci müavini Yusif Abidov hadisəni təsdiq edib.


"Hadisələrdən xəbərim var. Qubanın Xaltan və Utuq kəndlərinə də güclü leysan yağışları yağıb. Oralarda elə də ciddi çətinliklər yaranmayıb. Ördüc kəndində yaranan problemlərlə bağlı sabah səhər saatlarında lazımi tədbirlər görüləcək", - deyə o bildirib.


***

Ötən gecə Ağdam, Bərdə və Tərtər rayonlarında qasırğa ciddi fəsadlar törədib. APA xəbər verir ki, gecə yağışla müşahidə olunan güclü külək Ağdam, Bərdə və Tərtər rayonlarında ağacları kökündən qopararaq elektrik naqillərinin üzərinə salıb.

Bu səbəbdən həmin  rayonların bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilməsində fasilə yaranıb. Ağdam rayon Fövqəladə Hallar Komissiyasının sədri Zülfü Qasımov bildirib ki, hələlik Çəmənli  və İmamqulubəyli kəndlərindən  tikililərə zərər dəyməsi barədə məlumat daxil olub:  "Yaşayış məntəqələrinin çoxunda elektrik enerjisinin verilməsi bərpa olub. 6 kənddə bərpa işləri aparılır. Qırılan ağaclar kənara daşınaraq, həm yolların açılmasını həm də elektrik naqillərinin bərpasını təmin edirik.”


***

Ötən gün axşam saatlarında Tovuz rayonunda baş verən güclü qasırğa 10-a yaxın kənddə ciddi fəsadlar törədib.

"Report"un Qərb bürosu xəbər verir ki, təbiət hadisəsi zamanı Əlibəyli, Yuxarı Öysüzlü, Aşağı Quşçu, Azaflı və Bayramlı kəndlərinə xeyli ziyan dəyib.

Qısa müddət davam edən qasırğa təmas xəttində yerləşən Əlibəyli kəndində 5 yaşayış evinin dam örtüyünü, elektrik xətlərini sıradan çıxardıb. Evlərdən birinin dam örtüyünün qopması nəticəsində həyətdə olan kənd sakini Kəmalə Əliyeva gözündən xəsarət alıb. Qadının zədəsi yüngül olduğundan o, evdə müalicə edilib.

Təbiət hadisəsi, həmçinin Aşağı Quşçu kəndi ərazisində bir neçə ticarət obyektinin dam örtüyünü, elektirik və rabitə xətlərini yararsız hala salıb.

Qəfildən dəyişən hava şəraiti nəticəsində Sabir küçəsində yerləşən beşmərtəbəli binanın dam örtüyü uçub, mərkəzi hissədə olan ağaclar kökündən qopub.

Güclü külək Qovlar qəsəbəsində yanğına səbəb olub. Yerli sakinlərin sözlərinə görə, 10-a yaxın kəndi elektrik enerjisi ilə təchiz edən "Azərişıq” ASC-yə məxsus transformator ildırım vurması nəticəsində yanmağa başlayıb. Əraziyə FHN-in yanğınsöndürən maşınları cəlb olunub. Nazirliyin məlumatına görə, yaxınlıqdakı digər transformatorlar yanğından mühafizə olunub. Yanğın saat 21:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hazırda rayona elektrik enerjisi verilişində fasilələr yaranıb. Problemin günün sonuna qədər aradan qaldırılacağı bildirilir.

Qasırğa Bakı-Qazax avtomagistralının bir neçə saatlıq bağlanmasına da səbəb olub. Aşağı Quşçu kəndində iri ağacın qırılıb yola düşməsi avtomobillərin hərəkətini çətinləşdirib. Gecə saatlarında əraziyə cəlb edilən texnika və canlı qüvvə yolda hərəkəti bərpa edə bilib.


Paylaş:


Müəllif : Baxış :
50932
Tarix:
28-08-2016, 14:10
  


loading...