Zaqatalada baş verən zəncirvari yol qəzası nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb » Qaynar xəbərlərin tək ünvanı

» » » Zaqatalada baş verən zəncirvari yol qəzası nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Zaqatalada baş verən zəncirvari yol qəzası nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Bakı. Vüqar Heydərov – Apa. Zaqatalada baş verən zəncirvari yol qəzası nəticəsində bir nəfər ölüb, üç nəfər xəsarət alıb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun Zaqatala şəhərinin girişindən keçən hissəsində baş verən ağır zəncirvari yol qəzasında Zaqatala şəhər sakini, 1988-ci il təvəllüdlü Hüseyn Bayram oğlu Kərimovun idarə etdiyi "VAZ 2106” markalı 62 BD 725 dövlət nömrə nişanlı minik avtomobili, şəxsiyyəti hələki dəqiqləşməyən Zaqatala şəhər sakininin idarə etdiyi "VAZ 21074” markalı 62 BD 773 dövlət nömrə nişanlı minik avtomobili və Zaqatala rayonu Aşağı Tala kənd sakini Elvin Cəbrayıl oğlu Həsənzadənin idarə etdiyi "Priora” markalı 99 FP 072 dövlət nömrə nişanlı minik avtomobilləri toqquşub.

 

Qəza nəticəsində "VAZ 2106” markalı avtomobilin sürücüsü Hüseyn Kərimov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılarkən yolda ölüb. "Priora”nın sürücüsü Elvin Həsənzadə qəza nəticəsində aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Zaqatala RMX-nın reanimasiya şöbəsinə, "VAZ 21074” markalı avtomobilin sürücüsü və sərnişini Zaqatala şəhər sakinləri 1990-cı il təvəllüdlü Şükür Məhəmməd oğlu Səmədov və 1987-ci il təvəllüdlü Fərid Fazil oğlu Ramazanov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə travmatologiya şöbəsinə yerləşdiriliblər.

 

 

**** 20.53

 

 

Bakı. Vüqar Heydərov –Apa. Zaqatalada zəncirvari yol qəzası baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, üç nəfər xəsarət alıb.

 

Apa-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün axşam saat 20:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunda, Zaqatala şəhərinin girəcəyindəki Tala çayı üzərindəki körpüdə  baş verib.

 

Bir neçə avtomobilin toqquşması nəticəsində, şəxsiyyətləri hələlik məlum olmayan, biri ağır olmaqla 4 nəfər xəsarət alıb. Yaralılar Zaqatala rayon mərkəzi xəstəxanasına aparılıblar. Xəstəxanaya aparılarkən yaralılardan biri yolda keçinib.

 

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

 

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.

 

Zaqatalada baş verən zəncirvari yol qəzası nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb
Zaqatalada baş verən zəncirvari yol qəzası nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb


Paylaş:


Müəllif : Baxış :
48632
Tarix:
26-12-2015, 19:27
  


loading...